Hakan Çalhanoğlu və Simone İnzagi İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. 

Offsideplus.az xəbər verir ki, adıçəkilən şəxslər klubun rəsmi olaraq qəbul etmədiyi azarkeş qrupları (Ultras) ilə görüşüb. "Sky Sports"un yaydığı məlumata görə, Çalhanoğlu və İnzagi bu hərəkətlərinə görə pul və 1 oyun cəzası alıb. 

Qeyd edək ki, "İnter" və "Milan" klubunun bəzi azarkeşləri mafiya ilə əlaqəli olduqları üçün federasiya bu azarkeş qrupları ilə görüşləri qadağan edib.