Avropa Kubokunda 175 gimnast iştirak edəcək.
Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku turnirinin açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin bayraqları zala gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək iştirakçı ölkələrin idmançılarına uğurlar arzulayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 175 gimnast medal uğrunda öz qüvvələrini sınayacaq.