BAKI, 1 may. TELEQRAF
Şimali Kiprdə keçirilən dünyanın ən böyük aviasiya festivalı “Teknofest”də bədbəxt hadisə baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, güclü külək 20 metrlik reklam lövhəsini tamaşaçıların üstünə salıb.
İlkin məlumata görə, azı üç nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Metal konstruksiya küləyin gücünə tab gətirə bilməyib və birbaşa tamaşaçı tribunalarının üzərinə düşüb. Xilasetmə xidmətləri zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerində işləyir.
Hadisənin miqyası dəqiqləşdirilir.