AZ

İtaliyada “mafiya-futbol” araşdırması: Çalhanoğlu cəzlandırıldı

BAKI, 1 may. TELEQRAF

İtaliya Futbol Federasiyası “İnter”in baş məşqçisi Simone İnzaqini və futbolçu Hakan Çalhanoğlunu cəzalandırıb.

Teleqraf xəbər verir ki, klubun azarkeş qrupu ilə idman qaydalarına zidd münasibətlər qurduqlarına görə hər iki “İnter”lini bir oyunluq diskvalifikasiya edilib.

Məlumata görə, 2024-cü ilin sentyabrında “İnter” və “Milan”ın azarkeş qruplarının qeyri-qanuni mafiya qrupları ilə əlaqədə olmaları barədə araşdırma başlayıb.

Qaydalara əsasən, futbol mütəxəssisləri mövsüm başlayandan sonra azarkeş qruplarının nümayəndələri ilə görüşməməlidir.

Çalhanoğlu “İnter”in “Curva Nord” azarkeş qrupunun nümayəndələri ilə görüşdüyü üçün cəzaya məruz qalıb.

Türkiyəli futbolçu məsələ ilə bağlı 2024-cü ilin oktyabrında verdiyi açıqlamada azarkeş qruplarının nümayəndələri ilə görüşdüyünü etiraf edib. Çalhanoğlu bunun səbəbinin Türkiyədə baş verən zəlzələdən sonra ona dəstək üçün açılan pankarta təşəkkür etmək olduğunu qeyd edib.

“İnter”in mayın 3-də “San Siro”da “Verona”ya qarşı matçında Çalhanoğlu və İnzaqi cəzalı durumda olacaq.

A Seriyasında çempionluq uğrunda “Napoli” ilə mübarizə aparan “İnter” 34 turdan sonra liderdən 3 xal geri qalır.

Seçilən
0
teleqraf.com

1Mənbələr