Fransa Milli Assambleyasında “Milli Birlik” fraksiyasının rəhbəri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilmək üçün hüquqi mübarizəni davam etdirmək niyyətində olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Le Pen Narbonnada keçirilən 1 May mitinqindəki çıxışında vurğuladı ki, o, iki il sonra yenidən ən yüksək hökumət postuna namizəd olmaq üçün siyasi reabilitasiyası uğrunda mübarizə aparmaq qərarına gəlib.
Siyasətçi tərəfdarlarının diqqətini qarşıdan gələn 2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərinə cəlb edib və onun dediyinə görə, bu seçkilər onun “demokratiyanı müsadirə etmək cəhdi” ilə üzləşmək üçün tramplin olacaq.