Geniş bağ sahələri, soyuducu anbarlar və yeni texnologiyalar...
Qusar rayonunda yerləşən "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan kompleks 2009-cu ildə fəaliyyətə başlasa da iş fəaliyyətini genişləndirib.
Cəmiyyət tərəfindən Qusarda 300 hektardan çox, Ağsuda isə 30 hektar ərazidə intensiv bağlar salınıb.
Sumqayıt Kimya Sənaye Parkında isə "Kartaş Kimya" MMC-nin tikinti kimyəviləri və "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodları fəaliyyətə başlayıb.
Zavodun direktoru Nəcməddin Taşbağ bildirib ki, Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub.
"Az-Tex-İmport" MMC-nin zavodunda isə yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək...Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq.
Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazda ən böyük sənaye parkıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: