AZ

KİV: ABŞ Ticarət Palatası Trampı kiçik biznes üçün tarifləri ləğv etməyə çağırır

ABŞ Ticarət Palatası Prezident Donald Tramp administrasiyasını kiçik biznes üçün gömrük rüsumlarını ləğv etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə CNBC teleşirkəti məlumat yayıb.

Məlumata görə, Ticarət Palatası kiçik biznes, eləcə də ABŞ-də istehsalı mümkün olmayan mallar üçün idxal rüsumlarının aradan qaldırılmasını istəyir. Nümayəndələr Palatasında hesab edirlər ki, ABŞ bir neçə ay ərzində digər ölkələrlə ticarət razılaşmaları əldə edə bilsə belə, bu müddət ərzində kiçik bizneslər təsiri uzun müddət hiss olunacaq zərər görəcəklər.

Seçilən
0
report.az

1Mənbələr