AZ

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” – “Traktor” sabah çempion ola bilər

“Traktor” sabah çempionluq uğrunda növbəti vacib oyununa çıxacaq. Rəqib isə Qəzvin təmsilçisi “Şəms Azər”di.

Bu oyun Təbrizin çempionluğunu rəsmiləşdirə bilər. O halda ki, “Sepahan” xal itirsin. “Traktor” rəsmi “feysbuk” səhifəsində 28-ci turun oyununun həm Təbriz, həm Bakı, həm də Ankara vaxtı ilə keçiriləcəyi zamanı paylaşıb. Şərhlərdən də Skoçiçin komandasına böyük inam yağır.

Ərkan Karataş: “Tanrı türkü qorusun, yolunuz açıq olsun, Qızıl Qurdlar!”
Araz Zeynallı: “Bu həlledici oyunda iki Azərbaycan komandası üz-üzə gəlir. Qəzvinlilər oyunu təbrizlilərə verməlidi”.
Murat Yalçın: “Başarılar diliyorum!”
Hasan Ayaydın: “Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!”
Hüseyn Əlizadə: “Rahatlığa qapanmadan hər oyunun nə qədər önəmli olduğunu unutmayın”.
Serkan Seda: “Məşəlləri yandırın, çempionluq yaxındı”.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
0
football-plus.az

1Mənbələr