AZ

Zelenski: ABŞ ilə razılaşdırılmış saziş ratifikasiya üçün göndərilib

BAKI, 1 may. TELEQRFAF

Bu gün ABŞ ilə iqtisadi əməkdaşlıq üzrə hökumət qrupunun hesabatı dinlənildi. İmzalanmış saziş ratifikasiya üçün Ali Radaya göndərilib.
Biz bu sazişin gecikməməsində maraqlıyıq.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında belə yazıb.

İşçi qrupunun yaxşı işlədiyi qeyd edən Prezident onu da bildirib ki, razılaşma hazırlanma prosesində xeyli dəyişikliyə məruz qalıb.

V.Zelenski yazıb: "Bu, doğrudan da, bərabərhüquqlu razılaşmadır və Ukraynaya investisyalar üçün ciddi imkanlar yaradır... Ölkənin heç bir borcu yoxdur və Bərpa Fondu yaradılır, bu fond Ukraynaya sərmayə qoyulunu təmin edəcək".

Prezidentin sözlərinə görə, bu, Amerika ilə birlikdə ədalətli şərtlərlə işləmək anlamına gəlir və ölkənin müfadiə sahəsində də öz bəhrəsini verəcək: "Biz Vatikanda ABŞ Prezidenti Donald Trampla razılşamanı imzalamağa hazır olduğumuz barədə danışmışdıq. İndi faktiki olaraq əlimizdə Vatikan görüşü ilə bağlı ilk razılaşma var ki, bu da ona gerçək tarixi əhəmiyyət qazandırır. Səbirsizliklə söhbətimizin nəticələrini gözləyirik".

Seçilən
0
teleqraf.com

1Mənbələr