AZ

"Çelsi"nin ulduzu özünə yeni klub axtarır

"Çelsi"nin hücumçusu Kristofer Nkunku qarşıdakı transfer pəncərəsində klubu tərk etmək qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu komandadakı rolundan narazıdır və buna görə də dəyişiklik etmək niyyətindədir. Nkunku artıq konkret addımlar ataraq transfer istəyini təqdim edib.

Forvardın yeni kluba transferinin iyunun ortalarına qədər, Klublararası Dünya Çempionatı başlamazdan əvvəl həyata keçməsi gözlənilir.

Kristofer Nkunku bu mövsüm bütün turnirlərdə "mavilər"in heyətində 42 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.

Seçilən
0
90deqiqe.az

1Mənbələr