AZ

Balıq ovu qadağan olunsa da, bazarlarda canlanmadırVİDEO

Bu gündən balıq ovu qadağan edilsə də, bazarlarda vəziyyət dəyişməyib, məhsul bolluğu yaşanır. Hətta satıcılar canlanma olduğunu deyirlər.

Xezerxeber.az-ın verdiyi məlumata görə, satıcılar bildirirlər ki, hazırda satışda olan balıqlar xaricdən və ya təsərrüfatlardan gətirilənlərdir.

Ölkəyə balıqlar daha çox Qazaxıstan, Rusiya, Türkiyə, İran və Norveçdən gətirilir. Bununla bərabər yerli təsərrüfatlarda yetişdirilən balıqlar da var ki, hazırda məhz onların satışı həyata keçirilir. Bu səbəbdən də balıq ovuna qoyulan qadağanın qiymətlərə təsir edəcəyi gözlənilmir.

Satıcılar bildirirlər ki, hazırda bazarlarda dənizdən tutulan balıqlar olmasa da, qiymətlərdə heç bir fərq yoxdur. "Yayda balıq alınmaz" ifadəsi də artıq tarixə qovuşub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
1
xezerxeber.az

2Mənbələr