Çempionlar Liqası yarımfinal mərhələsinin "İnter"lə ilk oyununda zədələnən "Barselona"nın müdafiəçisi Jül Kundenin durumu bəlli olub.
Apasport.az xəbər verir ki, fransalı futbolçunun bud sümüyündə zədə aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun "İnter"lə səfərdə keçiriləcək cavab matçında iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 52 rəsmi matçda 4 qol, 8 assistlə yadda qalıb.
Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu
Yamal “100”ə çatdı
Ronaldo oynadı - “Əl-Nəsr” kubokla vidalaşdı
Vardi Premyer Liqa klubunun radarında
“Liverpul”dan imtina etdi - “Dortmund”da qalacaq