AZ

"Zirə" "Turan Tovuz"la oyuna 3 itki ilə çıxacaq - AÇIQLAMA

Misli Premyer Liqasının 33-cü turunda "Turan Tovuz"u qəbul edəcək "Zirə" oyuna 3 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:

"Heyətdə cəzalı futbolçu yoxdur. Yusuf Laval, Fuad Bayramov və Hacıağa Hacılı zədə səbəbindən "Turan Tovuz"a qarşı matçda iştirak etməyəcəklər".

Qeyd edək ki, "Zirə" - "Turan Tovuz" qarşılaşması mayın 2-də keçiriləcək. Matçın start fiti 20:00-da səsləndiriləcək. 32 tura 64 xal toplayan qəsəbə təmsilçisi turnir cədvəlinin 2-ci, 49 xalı olan "boz qurdlar" isə 4-cü pilləsində mövqe tutublar.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr