AZ

Birinci sinfə qəbulda hansı dəyişiklik olacaq?VİDEO

Xəbər verdiyimiz kimi, bu gündən uşaqların 1-ci sinfə elektron qəbuluna başlanıb. Prosesə start verildikdən sonra çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, sistemin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə tədbirlər görülür. Hazırda 10 mindən artıq valideyn I sinifə elektron qəbul üçün övladına şəxsi kabinet yaradıb.

Agentliyin ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu ərzisində əhalinin daha çox müraciət etdiyi və şagird sıxlığının müşahidə olunduğu təhsil müəssisələri ilə bağlı priotitetli qəbul həyata keçiriləcək.

Bu il bəzi təhsil müəssisələrində I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv olunub.

Rus bölməsi üzrə birinci sinfə qəbul suallarının çətin olması ilə bağlı iddialara gəlincə, Agentlik rəsmisi bildirib ki, suallar əvvəlki nətcələr nəzərə alınmaqla təyin olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr