AZ

Bu mövsüm daha oynamayacaq

"Monako"nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin bu mövsüm meydana çıxmayacaq.

 90deqiqe.Az xəbər verir ki, bu barədə "moneqasklılar"ın baş məşqçisi Adi Hutter məlumat verib.

 "Qolovin əzələ zədəsi səbəbindən mövsümün qalan hissəsi üçün sıradan çıxıb".

Bu mövsüm Qolovin "Monako"nun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt internet portalında verilən məlumata görə, 28 yaşlı futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Seçilən
0
39
90deqiqe.az

10Mənbələr