AZ

“Mançester Siti” Edersona əvəzləyici tapıb

"Mançester Siti" yay transfer pəncərəsi öncəsində qapıçı mövqeyinə gücləndirmə etməyi planlaşdırır.

90deqiqe.Az-ın "ESPN"ə istinadən verdiyi xəbərə görə, İngiltərə nəhəngi, 31 yaşlı Edersonun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşayır və bu vəziyyət onu mümkün əvəzediciləri araşdırmağa vadar edib.

"Siti" rəhbərliyi, "Portu"nun 25 yaşlı qapıçısı Dioqo Kostanı diqqət mərkəzinə alıb. Portuqaliyalı qolkiper, Edersonun yerini tutmaq üçün ən güclü namizədlərdən biri hesab edilir.

Xatırladaq ki, Ederson ötən yay Səudiyyə Ərəbistanı Pro Liqasına keçməyə yaxın idi. Hazırda isə Braziliya millisinin qapıçısının bu mövsümün sonunda daha ciddi təkliflər alacağı gözlənilir. Məlumata görə, Edersonun Səudiyyə Ərəbistanı çempionatında oynamağa marağı var.

Onun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Lakin transfer üçün təklif olunan məbləğ klub üçün qənaətbəxş olarsa, İngiltərə nəhəngi braziliyalı qapıçının ayrılığına yaşıl işıq yandırmağa hazırdır.

Seçilən
0
90deqiqe.az

1Mənbələr