Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, yığma həlledici görüşdə meydan sahibi Slovakiya ilə qarşılaşıb. Əsas vaxtı 2:2 hesabıyla bitən matçda qalib penaltilər seriyasından sonra müəyyənləşib. Son zərbələrdə dəqiq olan slovaklar qələbə qazanıb – 3:1.
Azərbaycan yığması turniri gümüş medallarla bitirib.