BAKI, 1 may. TELEQRAF
Fransa onun suverenliyini məhdudlaşdıran beynəlxalq təşkilatlardan çıxmalıdır.
Teleqraf xəbər verir ki, bunu Fransa Vətənpərvərləri Partiyasının sədri Florian Filippo deyib.
“Avropa İttifaqı, Avrozona və NATO-dan çıxmaq lazımdır. Bu təşkilatlar ləğv edilməlidir”, - siyasətçi bildirib.
Filippo hesab edir ki, bu təşkilatlar Fransanın suverenliyini məhdudlaşdırır.