AZ

Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı


Tehranın Suriyada müharibədən sonrakı Avropanı dirçəltmək üçün Amerika layihəsi Marşal Planın oxşarı olan böyük iqtisadi planı olub. Amerika Birləşmiş Ştatları İkinci Dünya Müharibəsindən sonra Avropanın bərpasına milyardlar xərcləməklə qlobal dominantlığını möhkəmləndirdiyi kimi, İran da müharibədən zərər çəkmiş Suriyanı yenidən qurmaqla Yaxın Şərqdə öz dominantlığını bərqərar etmək niyyətində imiş. Belə ki,bütün bunları özündə əks etdirən 2022-ci ilin may tarixli 33 səhifəlik rəsmi sənəd İranın Dəməşqdəki səfirliyində Reuters müxbirlərinin əlinə keçib. Suriya strategiyasını özündə əks etdirən sənəd İranın iqtisadi imperiyasının yaradılmasını və bunun nəticəsində İranın Suriya dövlətinə təsirinin dərinləşməsini nəzərdə tuturmuş.Hansı ki,həmin sənədin bir bəndində"400 milyard dollarlıq bir imkan"dan söhbət gedir. Lakin ötən ilin dekabrında üsyançılar Bəşər Əsədi devirəndə Tehranın imperiya ümidləri və arzuları puç oldu. Devrilmiş diktator Bəşər Əsəd Rusiyaya qaçdı. İranın hərbiləşdirilmiş qüvvələri, diplomatları və iş adamları isə pərən-pərənə düşərək tələsik ölkəni tərk etdilər. İranın Dəməşqdəki səfirliyi Əsədin süqutunu bayram edən suriyalılar tərəfindən talan edildi. Bina iranlı investorların üzləşdiyi problemləri əks etdirən sənədlərlə dolu idi. Reuters xəbər verir ki, sənədlər və aylıq hesabatlar Suriyanı gəlirli müştəri dövlətinə çevirmək üçün edilmiş səylər haqqında fikirləri özündə ehtiva edir. Agentliyin müxbirləri onlarla iranlı və suriyalı iş adamından müsahibə alıb. Suriyada İranın sərmayə qoyduğutərk edilmiş layihələr, məsələn, dini obyektlər, fabriklər, hərbi istehsal obyektləri araşdırılıb. İranın qoyduğu sərmayələr arasında Latakiyada İran mühəndislik firması tərəfindən tikilmiş və hazırda fəaliyyətsiz olan 411 milyon avroluq elektrik stansiyası da var. Suriyanın şərq səhrasında inşa edilmiş neft layihəsi də hazırda tərk edilmiş haldadır. Reuters xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə əlaqəli xeyriyyə təşkilatı tərəfindən Fərat çayı üzərində inşa edilən 26 milyon dollarlıq dəmir yolu körpüsü illər əvvəl ABŞ-ın hava hücumu nəticəsində dağılıb və təmir olunmayıb. Ümumilikdə, İranın ümumi investisiyalarının yalnız bir hissəsini təşkil edən 40-a yaxın layihədən imtina edilib. Müxbirlər Suriyanın İran şirkətlərinə olan borclarının müharibənin sonuna qədər ən azı 178 milyon dollar olduğunu müəyyən ediblər. İranın keçmiş deputatları isə açıq şəkildə Əsəd hökumətinin İrana olan ümumi borcunu 30 milyard dollardan çox olduğunu bəyan edirlər. "İsraf edilən sərmayənin hekayəsi maliyyə çöküşünü,Suriya və İranın yarıtmaz hökumətlərinin bir-birindən asılılığının hər ikisinə necə zərər vurduğunun bariz mənzərəsini ortaya qoyur... Əksər suriyalılar üçün Əsədin və İranın dəstəklədiyi milislərin ölkədən qaçması əsil bayram oldu. Amma iranlılarla birgə işləyən suriyalılar iran biznesinin ölkəni tərk etməsindən hələ də şokdadırlar.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr