Keniyalı deputat Çarlz Onqondo Nayrobidə sui-qəsd nəticəsində öldürülüb.
Bu barədə“Star” qəzeti Milli Polis Xidmətinə istinadən məlumat yayıb.
Departamentin sözçüsü Muçiri Nyaqa tərəfindən yayılan bəyanatda deputatın aprelin 30-da axşam saatlarında güllələnərək öldürüldüyü təsdiqlənib.
Polisin məlumatına görə, Bakı vaxtı ilə saat 20:30 radələrində məmurun olduğu avtomobil işıqforun qırmızı işığında dayanıb. Hadisə şahidlərinin sözlərinə görə, arxa oturacaqda sərnişini olan motosiklet yaxınlıqda dayanaraq maşının qapısına atəş açıb və hadisə yerindən uzaqlaşıb.