Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda turnirin keçirildiyi ölkənin təmsilçisi ilə qarşılaşıb.
Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq oynayıb - 3:1.
Qeyd edək ki, yığma ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.
“Yunayted” Bilbao, “Bodo Qlimt” London səfərində - YENİLƏNİR
Yığmamız Millətlər Liqasında yarımfinala yüksəlib
“Barsa” - “İnter” matçında 6 qol - YENİLƏNİB
Millimiz Ukrayna ilə bacarmadı
“Barselona” - “İnter” matçı bu kanallarda