AZ

Azərbaycanda 1 milyonluq şirkət ləğv edilərək 19 milyon manatlıq MMC-yə qoşulur

“Saloglu Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunacaq.
 
Buna səbəb "Saloglu Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sözügedən MMC-yə qoşularaq ləğv olunduğunu elan etməsidir.
 
Artıq qeyd olunan şirkətlərdə bununla bağlı müvafiq işlərə başlanılıb.
 
Qeyd edək ki, "Saloglu Kommersiya" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 891 010 manat olan MMC-nin qanuni təmsilçisi Fərəcov İlkin Azər oğludur.
 
“Saloglu Holding” MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 18 970 020 manat olan şirkətin qanuni təmsilçisi də Fərəcov İlkin Azər oğludur.
Seçilən
0
2
moderator.az

10Mənbələr