Azərbaycan 1-ci Liqasında bu gün 24-cü tura start verilib.
Operativ Media xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
"Cəbrayıl" evdə "Baku Sporting"ə 2:1 hesabı ilə qalib gələrək sonuncu pillədən uzaqlaşıb.
"Mingəçevir" isə səfərdə "Difai"ni böyük hesabla məğlub edib - 4:1.
Qeyd edək ki, 1-ci Liqada artıq "Qəbələ" çempionluğu rəsmiləşdirib, "Karvan" və "İmişli" isə Premyer Liqaya vəsiqəni təmin edib.
Azərbaycan I Liqası
24-cü tur
1 may (cümə axşamı)
“Cəbrayıl” – “Baku Sporting” 2:1
Qollar: B.İsmayılov, 28. T.Əhmədov, 84 – E.Abdullayev, 87.
Qırmızı vərəqə: T.Əhmədov, 84 ("Cəbrayıl").
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Alik Yunusov.
“ASCO Arena”.
“Difai” – “Mingəçevir” 1:4
Qollar: K.Kamta, 70-pen. – N.Əliyev, 8; 90+3. T.Fərmanov, 59; 75.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
Şamaxı OİK stadionu.