AZ

"Barselona" Kundenin zədəsi ilə bağlı açıqlama yaydı

"Barselona" klubu Çempionlar Liqasının yarımfinalında "İnter"lə matçda (3:3) zədələnən sağ cinah müdafiəçisi Jül Kundenin  zədəsi ilə bağlı açıqlama yayıb. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir: 

"Birinci komandanın oyunçusu Jül Kunde üzərində aparılan testlər onun sol ayağında distal bud nahiyəsində zədə olduğunu üzə çıxarıb. Onun qayıdışı sağalma sürətindən asılı olacaq"

İspaniya mətbuatının məlumatına görə, fransız futbolçu 3 həftə meydançaya çıxa bilməyəcək.

Kunde "İnter"lə oyunun 40-cı dəqiqəsində əvəzlənib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr