Bəs stadiona niyə az azarkeş gəldi? Qəbələ komandaya niyə biganə yanaşdı? Bu sualı “Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şərifliyə ünvanladıq:
“Qəbələ”nin stadionu heç vaxt boş olmayıb. Az-çox azarkeşləri olub. “Səbail” kimi komandamız 15 azarkeşin önündə oynayır. Tofiq Bəhrəmov adına Respublika stadionunda avrokubok oyunları keçirilən zaman tribunada 31 min azarkeş olur. “Qarabağ”ın çempionat oyununda isə həmin stadiona 300-500 azarkeş gəlir. Bir neçə klubu çıxmaq şərti iləqalanlarında da problemlər mövcuddu. “Qəbələ” premyer-liqaya gələndə bir neçə il stadion təmiz dolu olurdu. Komandanın aşağı liqada çıxış etməsi də azarkeş sayının azalmasına gətirib çıxarır. Millinin oyununda da stadion dolu idi. Azad azarkeş qrupuyuq. Adımıza uyğun olaraq komandaya dəstək oluruq. Stadionda azarkeşin az olması bizim öhdəmizdə olan bir şey deyil”.
ƏSƏD SEYİDOV