Ukrayna lideri Volodimir Zelenski 76 nəfərə qarşı sanksiya tətbiq edib.
Publika.az bu barədə sərəncamın mətninə istinadla xəbər verir.
Sənəddə deyilir: “Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mayın 1-də “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarı qüvvəyə minsin".
Sanksiya siyahısına, xüsusən, "Rosatom"un baş direktoru Aleksey Lixaçev, Zelenskinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu Aleksey və Bratsk şəhərinin keçmiş meri Sergey Serebrennikov daxildir.