Kiyevin indiki vəziyyəti Vyetnam müharibəsi zamanı Sayqonun taleyini təkrarlaya bilər. Bu isə ABŞ üçün “ağır nəticələrə” səbəb ola bilər.
Herbiand.az bildirir ki, Britaniyanın Teleqraf qəzeti belə bir ssenarinin təkrarlanması təhlükəsindən yazıb.
Məqalədə deyilir: “Kiyevdə “Saigon 2.0” ABŞ-ın üstünlüyü və dünya nizamı üçün daha dəhşətli nəticələrə səbəb olardı”.
Qeyd edilib ki, Sayqonun itirilməsi Vaşinqton üçün ağır zərbə oldu. Çünki bu, amerikalıların qarşısını almağa çalışdığı Cənubi Asiya dövlətinin son süqutunu əvvəlcədən müəyyənləşdirmişdi.
Bəxtiyar CƏFƏRLİ