Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, ABŞ ilə İranın Romada keçirilməsi nəzərdə tutulan danışıqları təxirə salınıb. Bu barədə iki ölkə arasında danışıqlarda vasitəçilik edən Oman dövlətinin Xarici İşlər Nazirliyi məlumat verib.
3 may tarixinə planlaşdırılan görüşün bir müddət sonra keçirilməsi qərara alınıb.
Görüşün təxirə salındığı xəbərini danışıqlara vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi verib: "Bu həftə İran-Amerika məsləhətləşmələrinin yeni mərhələsi baş tutmayacaq. Logistik səbəblərə görə, mayın 3-nə planlaşdırılan ABŞ-İran görüşünü təxirə salırıq. Yeni tarix qarşılıqlı razılaşmadan sonra elan ediləcək".
İranın nüvə proqramı ilə bağlı danışıqlar gələn həftə baş tuta bilər. Qarşıdakı görüş dördüncü olacaq.
İran Xarici İşlər Nazirliyi də ABŞ nümayəndələri ilə dördüncü görüşün təxirə salındığını açıqlayıb.
Hürr Tərcüman