AZ

Anna Başta: "Bərpa prosesi yaxşı gedir, hətta gözlədiyimdən də sürətlə gedir"

"Bərpa prosesi yaxşı gedir, hətta gözlədiyimdən də sürətlə gedir.

İdman.biz xəbər verir ki, bu sözləri zədədən sonra bərpa prosesini davam etdirən sablya üzrə Azərbaycan yığmasının lideri Anna Başta deyib.

O, martda Yunanıstanda keçirilən Dünya kuboku zamanı ayağından zədə alıb.

Avropa çempionu, dünya çempionatının finalçısı, ikiqat Olimpiya iştirakçısı əməliyyat olunub və hazırda reabilitasiya kursu keçir.

Baştanın sözlərinə görə, o, zədəli ayağını yükləmədən hazırlaşır: "İdman zalına gedirəm, bədənimin digər hissələrini məşq etdirirəm. Gələcəyə nikbinliklə baxıram".

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr