Ağ Ev rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts vəzifəsindən çıxarılıb.
APA “FOX News”a istinadən xəbər verir ki, onun vəzifəsini Stiven Vitkoff tutacaq.
S. Vitkoff ötən ay Moskvaya səfər edərək, iki dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
***
19.17
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq yaxın vaxtlarda vəzifələrini tərk edəcək.
APA-nın məlumatına görə, bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər yayıb.