Akif Nağı: “Avropa Xalq Partiyasının Azərbaycana qarşı səsləndirdiyi fikirlər başdan-ayağa qərəzlidir və açıq şəkildə ermənipərəst mövqenin təzahürüdür”
Avropa Xalq Partiyasının (EPP) Valensiyada keçirilən qurultayında “Ermənistanda mövcud siyasi vəziyyət” adlı qətnamə qəbul edilib. Qətnamədə Ermənistana dəstək nümayiş etdirsə də, Azərbaycana qarşı düşmənçilik siyasətini ortaya qoyub.
Çox təəssüflər olsun ki, gerçəkliyi görmək və qəbul etmək əvəzinə bu partiya Azərbaycanı "təcavüzkar" adlandırıb, Qarabaqda guya "ermənilərə qarşı etnik təmizləmə aparıldığını, onların ordan zorla çıxarıldığını” iddia edib,eyni zamanda Bakıda məhkəməsi keçirilən və xüsusilə ağır cinayətlərdə ittiham olunan erməni əsilli şəxsləri “siyasi məhbus” kimi qələmə verib.
Qətnamədə bu partiya Ermənistanın Kremlin orbitindən çıxmaq səylərini birbaşa dəstəkləyir. Ermənistanı “insan hüqun və azadlıqlarının təmin edildiyi”, bu sahədə “islahatlar aparan” ölkə kimi qələmə veriblər. Bu azmış kimi qətnamədə iddia olunur ki, guya Ermənistan sülhə nail olunması üçün çalışır (?).
“Onlar özləri də yaxşı bilirlər ki, dedikləri yalandır, reallığı əks etdirmir”
Avropa Xalq Partiyasının Azərbaycanı "təcavüzkar" adlandırmasının, ona qarşı əsassız ittihamlar irəli sürməsinin qərəzdən və düşmənçilikdən başqa bir şey olmadığını deyən Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, bütövlükdə Avropa İttifaqının (Aİ) Azərbaycana qarşı mövqeyi qərəzlidir və daim bu cür münasibət nümayiş etdirib. “Avropa Xalq Partiyasının Azərbaycana qarşı səsləndirdiyi fikirlər başdan-ayağa qərəzlidir və açıq şəkildə ermənipərəst mövqenin təzahürüdür. Qonşu ölkələrə qarşı ərazi iddialarında olan, Azərbaycan torpaqlarına təcavüz edib ərazilərimizi 30 il işğalda saxlayan, insan hüquq və azalıqlarını kobud şəkildə pozan Ermənistanın bu davranışlarını görmık istəmirlər. Ermənistanda bütün sahələrdə ciddi qanun pozuntuları mövcuddur, ancaq onların heç birini vurğulamırlar. Avropa Xalq Partiyası qəbul etdiyi qeyri-obyektiv qətnamədə göstərmək istəyir ki, guya Ermənistanda hər şey qaydasındadır, orda “insan hüquq və azadlıqları təmin olunur”, guya Ermənistan sülh tərəfdarıdır. Onlar özləri də yaxşı bilirlər ki, dedikləri yalandır, reallığı əks etdirmir. Əksinə bütün bu proseslərin hamısının mərkəzində Azərbaycan dayanır. Xüsusən də Ermənistanla münasibətləri nizama salmaq istiqamətində daim Azərbaycan konstruktiv addımlar atıb. İndi də Azərbaycanın təklifləri ortadadır, sülhmüqaviləsinin imzalanması üçün Azərbaycan öz təkliflərini və şərtlərini ortaya qoyub. Həmin şərtlər əsasında sülh müqaviləsi imzalanmalıdır, sadəcə olaraq Ermənistan o tələbləri yerinə yetirmək istəmir.
Avropa Xalq Partiyası adlandırılan, gerçəklikdə isə hansısa qruplarım maraqlarına xidmət edən siyasi təşkilat tamamilə yanlış və qərəzli, absurd mövqedən çıxış eidr. Azərbaycanı Ermənistana qarşı “təcüvüzdə” və Qarabağda “etnik təmizləmə” aparmaqda, “aqressiyada” suçlayırlar. Azərbaycan 2023-cü ildə guya Ermənistana “təcavüz” edib, guya Qarabağdan erməniləri “zorla” çıxarıb. Hansı aqressiyadan söhbət gedə bilər? Dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. 2023-cü ilin oktyabrında Praqada Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında imzalanmış sənədə
görə Ermənistan birmənalı şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Azərbaycanı aqressiyada ittiham etmək məntiqsizlikdir. Bilmirlər ki, Azərbaycanı necə tənqid etsinlər, Ermənistanı “müdafiə” etsinlər. Ona görə də Azərbayacanı aqressiv ölkə kimi təqidim etmək yanlış tezisdir.
Burdakı hərbi canilərin üzərində qurulan məhkəmələrlə, Azərbaycanın daxilində gedən proseslərlə, ölkəmizin siyasi mövqeyi ilə bağlı məsələlərin hamısı yanlış və təhrif edilmiş şəkildə təqdim olunur”.
Burda iki məsələ olduğunu deyən A.Nağının sözlərinə görə, birincisi, Aİ və onun əlinin altında olan siyasi partiyaların məqsədi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlər nizama salınmasın, bu problem nizama salınarsa onlarregiona təsir imkanlarını itirəcəklər. A.Nağının fikrincə, bu cür qətnamələrin hazırlanmasında Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə mane olmaq məqsədi güdülür, onlar nəyin hesabına olursa olsun o prosesin baş tutmasına mane olmaq istəyirlər. “Özlərini belə qələmə vermək istəyirlər ki, guya sülh tərəfdarıdırlar, əslində isə sülhə mane olurlar. Bu cür qızışdırıcı, münasibətləri korlayan, danışıqlar prosesinə mane olan sənədlər qəbul edirlər.
İkinci məqsədləri də Ermənistanı müdafiə etməkdir. Ermənistan Azərbaycanla hər hansı bir sülh sənədini imzalayarsa bu Ermənistanın kapitulyasiyası olacaq. Xristian təəssübkeşliyi 2020-ci ilin sentyabrına qədər də ortada idi. Avropa da, Qərbdə, ABŞ-da istəyirdi ki, bu məsələ Ermənistanın istəyinə uyğun həll edilsin. Ona görə də Azərbaycana həmişə təzyiq edirdilər. Vəziyyət dəyişəndən, Azərbaycan öz haqlı mövqeyini ortaya qoyandan, ərazi bütövlüyünü bərpa edəndən sonra başa düşürlər ki, bunların niyyətləri həyata keçmədi, Azərbaycan həm hərbi, həm də diplomatik yolla istəklərinə nail oldu. Onlar indi Ermənistana bu şəkildə kömək etməyə çalışırlar ki, Ermənistanın mövqeyi həm sülhə qarşı görünməsin, həm də sülh müqaviləsi imzalanmasın” - deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA