BAKI, 1 may. TELEQRAF
İran Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqların dördüncü raundunun təxirə salındığını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Danışıqların vaxtının dəyişdirilməsi Oman xarici işlər nazirinin (Bədr əl-Busaidi) təklifi əsasında həyata keçirilib. Növbəti mümkün tarix barədə məlumat daha sonra veriləcək”, - nazirlik bildirib.
Xatırladaq ki, bundan əvvəl Busaidi ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan danışıqların növbəti raundunun logistik səbəblərə görə təxirə salındığını açıqlamışdı.