"Mingəçevir" futbol üzrə I Liqada 4-cü pilləyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv bu gün XXIV tur çərçivəsində səfərdə "Difai"ni böyük hesabla məğlub edib - 4:1.

Beləliklə, qış fasiləsindən sonra axırıncı, 10-cu yerdə qərarlaşan "Mingəçevir" 6 pillə irəliləyişə nail olub.

Hazırda 28 xalı olan komanda praktiki olaraq, I Liqada yerini qorumağı bacarıb.

Yarış cədvəlinin son sıralarında hərəyə 22 xalla "Difai" və "Qaradağ Lökbatan" qərarlaşıb.