AZ

Ermənistanın hakim partiyasından Köçəryana Rusiya ilə bağlı suallar

BAKI, 1 may. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arsen Torosyan sabiq prezident Robert Köçəryana bir sıra sualla ünvanlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bu sadə suallara kim cavab verəcək? Niyə bəziləri, xüsusən də bəzi müxalifətçilər bütün günü Rusiyanı tərifləyirlər, amma övladları, nəvələri Amerikadadır?

Məsələn, niyə Perm və ya Barnauldakı (Rusiya) doğum evlərindən daha çox Qlendeyl və ya Los-Ancelesdəki (ABŞ) doğum evlərinə üstünlük verirlər?

Cənab Robert Köçəryan, sizdən xüsusi olaraq xahiş edirəm, bu suallara cavab verin”, - deputat qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri aparatı rəhbərinin müavini Taron Çaxoyan bundan əvvəl Köçəryanı “Rusiya agenti” adlandırmışdı.

Seçilən
0
teleqraf.com

1Mənbələr