Futbol üzrə II Liqanın XXIII turunda keçiriləcək "Şəfa" - "Şahdağ Qusar" matçında anşlaq olacaq.

Offsideplus.az xəbər verir ki, mayın 4-də ASK Arenada baş tutacaq görüşə bütün biletlər satılıb.

Qarşıdakı prinsipial oyun üçün satışda ümumilikdə 3729 bilet olub.

Qeyd edək ki, "Şəfa" rəhbərliyinin biletləri 10 manata satması "Şahdağ Qusar"ın narazılığına səbəb olmuşdu.

Bu səbəbdən "Şahdağ Qusar" klub üçün ayrılan 745 biletin hamısını geri qaytarıb. "Şəfa" satışa çıxardığı həmin biletlər bir gün ərzində satılıb.

Hazırda "Şahdağ Qusar" 67 xalla 1-ci, "Şəfa" isə 64 xalla 2-ci yerdədir.