AZ

KİV: ABŞ İranla danışıqların növbəti raundunda iştirakını təsdiqləməyib

BAKI, 1 may. TELEQRAF

ABŞ İranın nüvə proqramı üzrə danışıqların dördüncü raundunda iştirakını təsdiqləməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Xatırladaq ki, Oman Xarici İşlər Nazirliyi bundan əvvəl mayın 3-nə planlaşdırılan görüşün logistik səbəblərə görə təxirə salındığını açıqlamışdı.

ABŞ və İran arasında bundan əvvəlki üç görüşün ikisi vasitəçi rolunda çıxış edən Omanda, biri isə İtaliyada keçirilmişdi.

Seçilən
0
teleqraf.com

1Mənbələr