AZ

Suriya Latakiya limanı üçün Fransız gəmiçilik nəhəngi ilə 30 illik müqavilə imzalayıb

Suriya Fransanın gəmiçilik nəhəngi CMA CGM ilə Latakiya limanının inkişafı və istismarı üçün 30 illik müqavilə imzalayıb.

Herbiand.az bildirir ki, bu barədə AFP xəbər verib.

CMA CGM-in regional direktoru Cozef Dakak imzalanma mərasimində bildirib ki, şirkət növbəti 30 il müddətinə Latakiya limanı üçün investisiya müqaviləsi və idarəetmə müqaviləsinin imzalandığını elan etməkdən məmnundur.

Limanın direktoru Əhməd Mustafa isə öz növbəsində, müqavilənin dünya standartlarına inşa edilmiş yeni yanalma körpüsünün tikintisi də daxil olmaqla, obyektin təkmilləşdirilməsi üçün 230 milyon avro (260 milyon dollar) investisiya nəzərdə tutduğunu söyləyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr