AZ

Suriya ABŞ-nin İsraillə bağlı təklifini qəbul etmədi

BAKI, 1 may. TELEQRAF

ABŞ İsraillə normallaşma qarşılığında Suriya hökumətinə sanksiyaların ləğvini təklif etsə də, Dəməşq bu təklifi qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Qeyd olunur ki, Suriya Prezidenti Əhməd Şaraanın amerikalı həmkarı Donald Trampa göndərdiyi cavab məktubunda “İbrahim sazişləri”nə qoşularaq İsraillə normallaşma təklifini qəbul edə bilməyəcəkləri vurğulanıb. Suriya rəhbəri ölkə ərazisində İsrail işğalının davam etdiyi müddətdə bunun mümkün olmayacağını bildirib.

Məktubda Dəməşqin heç bir tərəfə təhlükə yaratmayan Suriya qurmağa davam etmək əzmində olduğu qeyd olunub.

Suriya administrasiyası həmçinin bəyan edib ki, ABŞ-nin xarici silahlılarla bağlı tələbləri Vaşinqtonla hərtərəfli məsləhətləşmə tələb edir.

Xatırladaq ki, ABŞ bundan əvvəl Suriyaya əcnəbi silahlıların ölkədən (və ya ordu sıralarından) çıxarılması, İsraillə münasibətlərin normallaşdırılması və digər məsələlərin həlli müqabilində sanksiyaların yumşaldılması təklifini vermişdi.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr