AZ

Virts bu kluba keçməyə yaxındır

“Bayer”in futbolçusu Florian Virts karyerasını “Bavariya”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Münhen klubu 21 yaşlı hücumçunun nümayəndələri ilə görüşüb və ilkin razılıq əldə edib. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. “Bayer”lə danışıqlar da artıq son mərhələdədir.

Virtsin adı daha öncə “Mançester Siti” və “Real”la hallanırdı.

Almaniya millisinin də üzvü olan hücumçu bu mövsüm “Bayer”lə 42 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə edib.

Seçilən
0
futbolpress.az

1Mənbələr