BAKI, 1 may. TELEQRAF
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfüziologiya İnstitutunun inzibati binasında, Talassemiya Mərkəzində cari təmir işləri aparılacaq.
Teleqraf xəbər verir ki, tikinti işlərinin dəyəri 1.283.053,50 manat qiymətləndirilib.
Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti təmir işlərinin aparılması ilə satınalma elan edib.
Qeyd edək ki, institutun binası bir neçə il əvvəl əsaslı təmir edilib, laboratoriyalar, eləcə də qurumun nəzdində və 8 bölgədə yerləşən qan bankları müasir avadanlıq və reaktivlərlə təmin olunub.