Bakı. Trend:
Xüsusi Təyinatlı Qüvvələr yarandığı 1999-cu ildən bu günədəkAzərbaycan ordusunun ən hazırlıqlı, çətin, mürəkkəb vəziyyətlərdəyüksək peşəkarlıqla əməliyyatlar həyata keçirməyə qadirbirləşməsidir. Adından da göründüyü kimi, Silahlə Qüvvələrimizinxüsusi şərtlərlə əməliyyat aparmağa qadir olan, Azərbaycanordusunun gücünü, qüdrətini göstərməyi bacaran şanlı birhissəsidir.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğludeyib.
Millət vəkili bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrimiz həm2016-cı ildə, həm 2020-ci ildə Azərbaycan hərb tarixinin yenisəhifələrini yazmağı bacardılar:
“Hərbçilərimizin peşəkarlığı, iradəsi, qətiyyəti o səviyyədədirki, təkcə regionda deyil, dünyanın konfliktlər olan bir çoxbölgələrində onların qəhrəmanlığı, əməliyyat həyata keçirməqabiliyyəti, peşəkarlığı öyrənilir və tədris edilir. Lakin mənə eləgəlir ki, xüsusi təyinatlıların hərb tarixinə yazdığı xüsusi səhifəvar. Bu səhifə Şuşanın azad edilməsi ilə bağlıdır”.
Deputat bildirib ki, bu, dünya hərb tarixində çətin, mürəkkəbbir relyefdə necə böyük bacarıq, iradə, cəsarət, qətiyyətləəməliyyat həyata keçirməyin mümkünlüyü göstərən hadisədir:
“Təsadüfi deyil ki, Azərbaycan xalqının vətən sevgisininsimvoluna çevrilən Şuşanın azad edilməsindən sonra AzərbaycanPrezidenti İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıHikmət Mirzəyevi təbrik etdi. Bu, Ali Baş Komandan tərəfindən bütünxüsusi təyinatlılarımızın şərəfinə ünvanlanan bir salam idi. Buşərəf, qətiyyət, güclə təkcə xüsusi təyinatlılar yox, bütünAzərbaycan öyünür. XTQ ilə Türk Dövlətləri Təşkilatına üzv olanbütün dövlətlərin xalqları qürur duyur. Bir qədər də daha genişqiymətləndirməyə çalışsaq, onlar Murovdağda, Şuşada, digər stratejiərazilərdə keçirdikləri əməliyyatlarla bütün türk-müsəlmandünyasının rəğbətini qazandılar. İlk dəfə olaraq milli ordumuzuntərkibində, onunla birlikdə müsəlman ölkəsinin qlobal imperializməbaxmayaraq, qələbə qazanmasının mümkün olduğunu göstərdilər”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya iləmübarizə komitəsinin üzvü Rizvan Nəbiyev isə Trend-ə açıqlamasındaxatırladıb ki, Xüsusi Təyinatlı Qüvvələrin yaradılması ideyasıAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur:
“1999-cu ilin aprelində Ulu Öndər Heydər Əliyevin imzaladığıfərmanla XTQ formalaşdırılmağa başlanıldı. Onların formalaşmasındaqardaş və strateji müttəfiqlərimiz Türkiyə və Pakistan SilahlıQüvvələrinin döyüş təcrübəsindən istifadə olunub. Lakin Apreldöyüşləri və Vətən müharibəsindəki göstərdikləri şücaət vəfədakarlıq, qazandıqları ad sayəsində Azərbaycan xüsusitəyinatlılarının öz şanlı məktəbi yarandı”.
Millət vəkilinin sözlərinə görə, gənclər arasında XTQ sıralarınaqoşulmağa maraq yüksəkdir:
“Döyüş və mübarizə sınağından çıxmış bu məktəbin sıralarınadaxil olmaq, xüsusi təyinatlıların sırasında yer almaq üçünAzərbaycan gəncləri böyük maraq göstərirlər. Seçim şərtləri indiəvvəlki illərdən daha sərtdir. Burada döyüş qabiliyyəti, fiziki,psixi-mənəvi hazırlıq faktorları ilə yanaşı, vətən uğrunda və AliBaş Komandanın tapşırıqları əsasında döyüşmək, Ana Vətəninmüdafiəsini təmin etmək istəyi xüsusi rol oynayır”.
Deputat əlavə edib ki, XTQ-nin şüacəti, qəhrəmanlığı xalqımızaçox yaxşı məlumdur:
“Xüsusilə Cəbrayılın azad olunması bu birləşmələrin adı iləbağlıdır, Şuşanın azad olunmasında onların xüsusi və böyük tarixixidməti var. Bu cəsur döyüşçülər ölümün üzərinə şüacətlə gedərəkZəfər tariximizdə adlarını öz qanları ilə əbədi həkk etdilər.Prezident İlham Əliyev 2022-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin Nsaylı hərbi hissəsinin açılışında xüsusi təyinatlıların xidmətinivurğulayaraq bildirdi ki, xalqımız onlarla fəxr edir və onlaradövlət qayğısı bundan sonra da davam etdiriləcək”.