AZ

Azərbaycan XİN Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatlığını ifadə edib

Bakı. Trend:

Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasındamövcud gərginlikdən narahatıq.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlərNazirliyinin Hindistan və Pakistan arasındakı gərginliyə dairbəyanatında deyilir.

"Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçünkonstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdəbirtərəfli hərəkətlərdən çəkinmək vacibdir.

Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffafbeynəlxalq araşdırma aparılacağına ümid edirik.

Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma vəprinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiqqətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğunainanırıq.

Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək,ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionunrifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatikkanallardan istifadə edəcəklər", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Seçilən
0
47
az.trend.az

10Mənbələr