Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb.