AZ

İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının qalibləri elan olundu

Bakı. Trend:

25-26 aprel 2025-ci il tarixlərində Azərbaycan TexnikiUniversitetində və Bakı Dövlət Universitetində təşkil olunmuşinformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının qaliblərimüəyyən edilib.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsilİnstitutu məlumat yayıb.

Bildirilib ki, şagirdlər final turunun nəticələri iləportal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanışola bilərlər.

Qaydalara əsasən aşağı yaş qrupu üzrə 5-ci və 5-ci yerlə eyninəticəni göstərən şagirdlər qızıl medal, 15-ci və 15-ci yerlə eyninəticəni göstərən şagirdlər gümüş medal, 30-cu və 30-cu yerlə eyninəticəni göstərən şagirdlər bürünc medal qazanıb. Yuxarı yaş qrupuüzrə isə 7-ci və 7-ci ilə yerlə eyni nəticəni göstərən şagirdlərqızıl medal, 22-ci və 22-ci yerlə eyni nəticəni göstərən şagirdlərgümüş medal, 45-ci və 45-ci yerlə eyni nəticəni göstərən şagirdlərbürünc medala layiq görülüb.

Qeyd edilib ki, final turu ərzində şagirdlər tərəfindən təqdimedilmiş 5023 həll avtomatik qiymətləndirmə sistemi tərəfindənyoxlanılıb.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr