AZ

Pakistan-Əfqanıstan sərhədində qarşıdurma

BAKI, TurkicWorld

Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu rayonunda baş verən qarşıdurmada 3 təhlükəsizlik əməkdaşının həlak olduğu bildirilir.

TurkicWorld xəbər verir ki, Bannuda silahlılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma ilə bağlı yerli polis rəsmisi Ərşad Xan açıqlama verib.

Qarşıdurmada 3 təhlükəsizlik əməkdaşının həyatını itirdiyini bildirən Xan, 1 yaraqlının zərərsizləşdirildiyi barədə də məlumat paylaşıb.

Qeyd edək ki, bu hadisə, Pakistanın təhlükəsizlik qüvvələrinin son zamanlarda sərhəd bölgələrində, xüsusilə də Əfqanıstanla sərhəddə yerləşən ərazilərdə silahlı qruplaşmalara qarşı keçirdiyi əməliyyatların bir hissəsidir. Ötən həftə, Pakistan ordusu Əfqanıstandan ölkəyə daxil olmağa çalışan 71 silahlı şəxs saxlanılmışdı.​

Bannu bölgəsi, son illərdə silahlı qruplaşmaların fəallığı ilə tanınır və bu cür qarşıdurmalar bölgədəki təhlükəsizlik vəziyyətinin nə qədər həssas olduğunu göstərir.​

Seçilən
0
turkic.world

1Mənbələr