AZ

Bu ölkədə güclü külək həyatı İFLİC ETDİ

Yeni Zelandiya son on ilin ən güclü küləkləri ilə üz-üzədir. Cənub yarımkürəsinin ada ölkəsində güclü küləklər nəhəng dalğalara səbəb olub. Nəticədə şəhərdə məktəblər bağlanıb, uçuşlar və bərə reysləri ləğv edilib.

KONKRET.az xəbər verir ki, hökumətin hava proqnozu bölməsinin məlumatına görə, Vellinqtonda küləyin orta sürəti saatda 87 kilometrə çatıb.

Bu, 2013-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Vəziyyətin ciddiliyi ilə əlaqədar Vellinqton üçün ən yüksək səviyyədə – “qırmızı” xəbərdarlıq elan olunub.

Rəsmilər vətəndaşları ehtiyatlı olmağa və mümkün qədər evdə qalmağa çağırırlar.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr