AZ

19 milyon manatlıq“Saloglu Holding" ləğv olunan şirkəti öz tərkibinə qatdı

“Saloglu Holding” MMC-nin yenidən təşkil olunduğu elan edilib.

Valyuta.az xəbər verir ki, “Saloglu Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin MMC-dən ayrılması səbəbilə yenidən təşkil olunur. 

“Saloglu Kommersiya” 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 891 min 10 manatdır və əvvəlki qanuni təmsilçisi İslam Mustafayev idi. Hazırda qanuni təmsilçi olaraq Fərəcov İlkin Azər oğlunun adı qeyd olunub.

2000-ci ildə dövlət qeydiyyatına alınan “Saloglu Holding” isə 18 970 020 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Fərəcov İlkin Azər oğludur.

Maya Hüseynova

Seçilən
0
4
valyuta.az

10Mənbələr