AZ

Putin BƏƏ şeyxi ilə bu məsələləri müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.

Kremldən verilən məlumata görə, telefon söhbətində, Putin və Əl Nəhyan arasında inkişaf edən strateji, siyasi, ticarət-iqtisadi və humanitar əlaqələrdən məmnunluq ifadə olunub.

KONKRET.az xəbər verir ki, görüşdə, iki ölkə arasında sıx əməkdaşlığın, hətta ən həssas beynəlxalq məsələlərdə belə dialoq aparmağa imkan yaratdığı vurğulanıb.

Putin, BƏƏ-nin Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin təşkilində göstərdiyi yardımı yüksək qiymətləndirib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr