AZ

Rusiya XİN: Ukraynanın 1991-ci ildən müəyyənləşdirilən sərhədlərinə qayıtmasına imkan verilməyəcək

“Rusiya heç bir şəkildə Ukraynanın 1991-ci ildən müəyyənləşdirilən sərhədlərinə qayıtmasına imkan verməyəcək”.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yerləşdirilən bəyanatında bildirilib.

Sənəddə 1 may, səhər saatlarında Xerson vilayətində yerləşən bazara hücum pislənilib. Bu addım həm də millətçilərin dinc əhaliyə qarşı cinayəti kimi dəyərləndirilib.

Rusiya XİN beynəlxalq ictimaiyyəti bu hadisəni qətiyyətlə qınamağa çağırıb.

Qeyd edək ki, sözügedən hadisə nəticəsində 7 nəfər dinc sakinin həlak olduğu, 20-dən çoxunun isə yaralandığı açıqlanıb.

Seçilən
0
4
apa.az

5Mənbələr