Rusiyanın Xantı-Mansiysk şəhərində mənzildə güclü partlayış baş verib və nəticədə 5 nəfər xəsarət alıb. Binada baş verən partlayışı araşdıran səlahiyyətlilərə görə, partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğunun quraşdırılması mərhələsində baş verib.
İstintaq müəyyən edib ki, partlayıcıları hazırlayan şəxslərdən biri Ukrayna əsilli, digəri isə Belarus vətəndaşıdır. Bildirilir ki, hər iki şəxsin Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsi olub. Onların hədəfinin yüksək rütbəli rus bir zabitinin olduğu iddia edilib.
Partlayış nəticəsində iki mənzil tamamilə dağılıb. Bombanı hazırlayan iki nəfər də daxil olmaqla 5 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı daha bir nəfər saxlanılıb. Moldova vətəndaşı olduğu müəyyən edilən şəxsin PUA-nın istehsalında istifadə olunan hissələri Polşa, Litva və Belarus vasitəsilə şəxsi mikroavtobusu ilə Rusiyanın Yuqra bölgəsinə daşıdığı bildirilir. Sözügedən hissələrin aromatik şamlarda gizlədildiyi müəyyən edilib. İstintaq orqanları bu hissələrin Ukraynanın İvano-Frankivsk şəhərində Moldova vətəndaşına Ukrayna kəşfiyyatının agenti olduğu deyilən Valentin Pavlyuk tərəfindən çatdırıldığını bildirib.
TAHİR